Accessibility links

Cənubi Koreya Şimalla danışıqlar aparmaqda tərəddüd edir [Təhlil]


Bazar ertəsi Cənubi Koreya Kim Conq Unun ikitərəfli münasibətləri bərpa etmək çağırışına ehtiyatlı reaksiya verib.

Yeni il mesajında Şimali Koreya lideri Pxenyanın Koreyalararası danışıqları inkişaf etdirmək və ikitərəfli münasibətləri bərpa etmək üçün intensiv səylər göstərəcəyini deyib.

Biz Şimali Koreyanı sülh yolu ilə birləşmənin təməllərini qurmaq üçün bizə yardım etməyə, Koreya yarımadasında iki Koreya arasında etimad əsasında birləşməyə doğru aparan yolda bizimlə əməkdaşlıq etməyə çağırırıq.

Cavab olaraq, bazar ertəsi Seulun Birləşmə Nazirliyinin sözçüsü Conq Cun-hi hazırda Pxenyanla yeni danışıqlar aparmaqla bağlı heç bir planın mövcud olmadığını bildirib.

Əvəzində Conq Kimin Cənubi Koreyaya yönəltdiyi kəskin tənqidlərini cavablandırıb. Çıxışı zamanı Şimali Koreya lideri prezident Park Geun-hyenin sülh yolu ilə briləşmə istəyini “Şimali Koreyada” rejim dəyişkiliyi həyata keçirmək məqsədi kimi qiymətləndirib.

“Biz Şimali Koreyanı sülh yolu ilə birləşmənin təməllərini qurmaq üçün bizə yardım etməyə, Koreya yarımadasında iki Koreya arasında etimad əsasında birləşməyə doğru aparan yolda bizimlə əməkdaşlıq etməyə çağırırıq,” deyə Conq Cun-hi bildirib.

Dekabr ayında heç bir nəticə göstərməyən Koreyalararası danışıqlardan sonra, Seul Pxenyana qarşı daha sərt mövqe sərgiləyir.

Dekabr ayında iki gün davam edən danışıqlar zamanı sadə, qeyri-siyasi məsələlər üzərində belə heç bir irəliləyiş əldə olunmadı ki, bu məsələlərə Koreya yarımadasının bölünməsi ilə ayrı düşən ailələrin birləşdirilməsi və ölkələr arasında turizmin inkişaf etdirilməsi daxil idi.

Kim Conq Unun Yeni İl müraciəti

Kim Conq Unun Yeni İl müraciəti

Daha sonra Cənubi Koreyanın xarici işlər naziri Yun Byunq-se Cənub və Şimal arasında inamsızlığın hər hansı bir dialoqun yaranmasına çətinlik yaradacağını bildirib. Yun hesab edir ki, Şimali Koreya nüvə proqramını məhdudlaşdırmayanadək Park və Kim arasında danışıqların baş tutmaq ehtimalı kiçik olaraq qalacaq.

Bundan əlavə, Seulda yerləşən Donqquk Universitetinin Şimali Koreya üzrə təhliçisi Kim Yonq-hyun deyir ki, Cənubi Koreyanın parlament seçkiləri apreldə keçiriləcəyi üçün Park administrasiyası Şimali Koreya ilə rislki danışıqlara başlayaraq mühafizəkar dəstəkçilərini uzaqlaşdırmaq riskini gözə almayacaq.

“Belə bir vaxtda iki Koreyalar arasında danışıqlar aparmaq mühiti yaratmaq çətin olacaq,” deyə Kim Yonq-hyun bildirir.

Belə bir vaxtda iki Koreyalar arasında danışıqlar aparmaq mühiti yaratmaq çətin olacaq

Yeni il müraciətində Kim Conq Un ölkəsinin nüvə proqramından bəhs etməsə də, çıxışda Şimali Koreyanın termonüvə silah gücünü sınaqdan keçirməyə hazırlaşdığına dair işarələr mövcud olub.

Cənubi Koreyanın Kimyəvi, Bioloji və Radioaktiv Müdafiə Komandası bazar günü Pxenyanın titrium istehsal etmək üçün yüngül su nüvə reaktoru inkişaf etdirməsi ilə bağlı xəbərdarlıq edib. Titrium daha mürəkkəb nüvə silahının inkişaf etdirilməsi üçün lazım olan radioaktiv izotopdur.

Ötən həftə bölgənin yüksək keyfiyyətli peyk görüntülərini tədqiq edən ABŞ-ın 38 North adlı araşdırma insitutu Şimali Koreyanın yeni tunel qazdığını bildirib. Tunelin inşa edildiyi yer Punggye-ridir ki, burada Pxenyan 2006, 2009 və 2013-cü illərdə nüvə sınaqları həyata keçirib.

Bu, Seulun Milli Kəşfiyyat Xidmətinin oktyabr ayında Pxenyanın dördücü nüvə sınaqı həyata keçirəcəyi ilə bağlı irəli sürdüyü iddianı dəstəkləyir.

Cənubi Koreya prezidenti

Cənubi Koreya prezidenti

Ötən il Şimali Koreya uzun mənzilli raket atacağını və dördüncü nüvə silahı sınağı həyata keçirəcəyi ilə bağlı təhdidlər irəli sürüb. Seuldakı rəsmilər hesab edir ki, Çin Şimali Koreyanın Çinlə sərhədində iqtisadiyyatın inkişaf etdirilməsi müqabilində Şimali Koreyanı təxribat xarakteri daşıyan silah sınaqları həyata keçirməkdən vaz keçməyə razı salıb.

Lakin Texasda yerləşən Angelo Dövlət Universitetinin Şimali Koreya üzrə təhlilçisi Brüs Bektol Çinin Şimali Koreya üzərində bu dərəcədə nüfuza malik olduğuna inanmır. Son zamanlar iki ölkə arasında münasibətlər nisbətən düzəlsə də, Pekin 2013-cü ildə BMT-nin Pxenyanın üçüncü nüvə silahını sınaqdan keçirməsinə qarşı BMT sanksiyalarını dəstəkləməsi ilə Çin və Şimali Koreya arasında gərginlik yaranıb.

Bektol deyir ki, Şimali Koreyanın nüvə silahı sınağını həyata keçirməkdən vaz keçməsinə daha çox texniki problemlər səbəb olub, nəyinki siyasi və ya iqtisadi təzyiqlər.

“Məncə səbəb elə budur. Bunun Çinlə heç bir əlaqəsi yoxdur,” deyə o bildirib.

Ötən ay Kim Conq Un ölkəsinin artıq hidrogen bombasına sahib olduğunu deyib. Bu bomba keçmişdə sınaqdan keçirilən atom bombalarından daha güclüdür. ABŞ isə Kimin hidrogen bombası iddiasına əsassız olduğu üçün məhəl qoymayıb, amma eyni zamanda Şimali Koreyanın nüvə ambisiyalarının qlobal sülh və təhlükəsizliyə risk yaratdığını bildirib.

XS
SM
MD
LG