Accessibility links

Körfəz dövlətləri Suriya üsyançılarını maliyyələşdirəcək

  • Amerikanın səsi

Suriya müxalifətini dətsəkləyən beynəlxalq konfransda körfəz ərəb dövlətləri Suriya prezidenti Bəşər Əsədi devirmək uğrunda vuruşan üsyançıları maaşla təmin edəcəklərini bəyan ediblər.

İstanbulda keçirilən “Suriyanın Dostları” başlıqlı konfransda bir qrup körfəz dövlətləri müxalifətdə olan Suriya Milli Şurasına milyonlarla dollar pul verəcəklərini bildiriblər. Nümayəndələr bildiriblər ki, məqsəd Əsədə sadiq qüvvələrdən daha çox əsgər və zabit qopmasına nail olmaqdır.

ABŞ dövlət katibi Hillari Klinton konfransda bildirib ki, Vaşinqton Suriyada müxalifət fəallarına kommunikasiya ləvazimatları verir. Bunu etməklə Vaşinqton fəallarla xaric arasında təmasları qoruyub saxlamağa və müxalifətçilərə Əsədin hücumlarından yayınmağa kömək etməyə çalışır.

Klinton həmçinin əlavə edib ki, ABŞ Suriyada Əsəd rejiminin insanlığa qarşı törətdiyi cinayətləri sənədləşdirmək üçün proqram təsis edib.

XS
SM
MD
LG