Accessibility links

Körfəz dövlətləri Suriyadakı müşahidəçi missiyasını tərk edir

  • Amerikanın səsi

Körfəz dövlətləri Suriyadakı müşahidəçi missiyasını tərk edir

Körfəz dövlətləri Suriyadakı müşahidəçi missiyasını tərk edir

Səudiyyə Ərəbistanının öz müşahidəçilərini Ərəb Liqasının Suriyadakı monitorinq missiyasından çıxarmasının ardınca Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) başqa üzvləri də eyni addmı atacaqlarını bildirirlər.

Altı üzvlük KƏŞ məramını bu gün elan edib. Səudiyyə Ərəbistanı bildirib ki, Suriya Ərəb Liqasının ölkədə 10 ay sürən qan-qadanı dayandırmaqla bağlı planına riayət etmədiyinə görə Riyad missiyanı tərk edir.

Səudiyyə Ərəbistanından əlavə KƏŞ-də Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Oman, Qatar və Küveyt təmsil olunurlar.

Dünən Ərəb Liqasının müşahidəçi missiyasının rəhbəri sudanlı general Məhəmməd Əhməd Mustafa əl Dabi bildirmişdi ki, monitorlar dekabrın 26-da fəaliyyətə başladıqdan sonra Suriyada zorakılıqlar azalıb.

XS
SM
MD
LG