Accessibility links

Yaxın Şərq Respirator Sindromlu “Korona” virusunun Azərbaycana keçməməsi üçün Səhiyyə Nazirliyi müvafiq tədbirlər həyata keçirir. İndiyədək ölkədə xəstəliyə yoluxanlar müəyyən edilməyib. Bu barədə Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının laboratoriya müdiri Musa Cahanov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə sərhəd-keçid məntəqələrində ölkəyə gələn bütün insanlar üzərində tibbi müşahidə və nəzarət həyata keçirilir.

“Bütün sərhəd-keçid məntəqələrində Termovizor kameralar quraşdırılıb. Temperaturu normadan yüksək olan və digər şəxslər aşkar edildikdə onlarla söhbət aparılır, şübhəli şəxslər olarsa Ağ Ciyər Xəstəlikləri İnstitutunda qospitallaşdırılır”, Cahanov qeyd edib.

Yaxın Şərq Respirator Sindromlu “Korona” virusu 2012-ci ildə Səudiyyə Ərəbistanında qeydə alınıb, əsasən hava-damcı yolu ilə yayılır. Virus pnevmaniyaya xas olan şəkildə yüksək temperatur, öskürmə, asqırma, təngənəfəslik, tənəffüsün çətinləşməsi ilə büruzə verir.

Son zamanlar Türkiyə və İranda virusa yoluxma halları qeydə alınıb.

Cahanovun sözlərinə görə xəstəlikdən ölüm faizi "Ebola" virusu ilə müqayisədə o qədər də yüksək deyil. “Spesifik müalicəsi hələ tapılmayıb. Simptomatik müalicə aparılır. Müalicəyə tabe olur, ancaq ölüm halları da qeydə alınıb”, o qeyd edib.

XS
SM
MD
LG