Accessibility links

Korrupsiya - ictimai narazılıq mənbəyi [Video]


“Transparency İnternational”ın tərtib etdiyi 2012-ci il dünyada korrupsiya sıralamasında Azərbaycan 174 ölkə arasında 139-cü yerdə qərarlaşıb

Korrupsioner və səriştəsiz liderlərə qarşı hiddət çox vaxt kütləvi nümayişlərə səbəb olub, hətta bir neçə hökumətin devrilməsinə yol açıb. Lakin yeni ümumdünya araşdırması bütün etirazlara və dəyişikliklərə baxmayaraq dərin kök salmış korrupsiya problemi həll olunmur. Amerikanın Səsinin əməkdaşı Cef Seldin bu haqda Vaşinqtondan xəbər hazırlayıb.

PnomPen küçələrində Kambocalı motosiklet taksi sürücüsü Çum Vanın növbəti günü… və korrupsiyaya görə narahatlığın növbəti günü başlayıb.

“Mənim ölkəmdə korrupsiya ildən ilə lap pisləşir. Bütün sahələrdə.”- deyə Çum bildirib.

Onun məyusluğu da getdikcə artır.

“Nəqliyyat qəzası zamanı bu problemə çevrilir. Polis pulu olan sürücülərin tərəfini saxlayır, pulu olmayan sürücünü isə təqsirkar çıxarır.”- deyə Kombocalı motosiklet taksi sürücüsü gileylənir.

Bu hallarla üzləşən yalnız Çum Van deyil. Korrupsiyanı qeydə alan “Transparency İnternational”ın 2012-ci il korrupsiya indeksində 176 ölkə sıfır-yüz arası rəqəmlə qiymətləndirib. Korrupsiyanın ən çox yayıldığı ölkə sıfır rəqəmi ilə qiymətləndirilir. Kambodiya da daxil olmaqla ölkələrin üçdə ikisi orta səviyyədən yüksək səviyyəyə qədər korrupsiyaya bulaşıb.

Ən pis göstərici Somali, Şimali Koreya və Əfqanıstanda qeydə alınıb.

Yəqin ki, heç yerdə Yaxın Şərqdə olduğu kimi korrupsiyaya qarşı etirazlar bu qədər nəzərə çarpmayıb. Milyonlarla insan küçələri nəzarətə götürərək Tunisdən Misirə qədər, oradan isə Liviyaya qədər rejimləri devirib.

Lakin yüksək vəzifələrdə dəyişikliyin baş verməsinə baxmayaraq, aşağı vəzifələrdə dəyişiklik az olur.

Vudro Vilson Mərkəzindən olan görkəmli alim bunun təəccüb doğurmadığını deyir.

“Bəxşiş Yaxın Şərqdə həyat tərzində mühüm rol oynayır. Bəxşiş rüşvət deməkdir. Bunu demokratik dəyərləri və məqsədləri tərənnüm etməklə bir gecənin içində dəyişmək mümkün deyil. Liviyalı biznesmen, "əvvəllər bizdə bir Qəzzafinin, indi isə altı miliyon Qəzzafinin" olduğunu deyir”- deyə Vudro Vilson Mərkəzindən araşdırmaçı alim xanım Robin Rayt bildirib.

Asiyada - ölkələrin 68 faizinin bir az yüksək səviyyəli korrupsioner olduğu yerdə Birmada daha da ictimailəşmiş islahatlar öklənin sıralamasında biraz dəyişiklik edərək planetdə beşinci ən korrupsioner ölkə edib.

Davam etməkdə olan borc böhranının bürüdüyü Avropada – korrupsiya Yunanıstan və İtaliya kimi çox ziyan dəymiş ölkələrdə artıb, Rusiyada isə böyük problem olaraq qalmaqdadır.

“Transparency İnternational”ın tərtib etdiyi cədvəldə Azərbaycan 174 ölkə arasında 139-cü yerdə qərarlaşıb. Azərbaycanla 139-cu yeri Nigeriya, Keniya, Nepal və Pakistan bölüşür.

Azərbaycanın yaxın qonşuları Rusiya, Qazaxstan İran 133-cü, Gürcüstan 51-ci, Ermənistan 105-ci yerdə qərarlaşıb.

2011-ci ildə Azərbaycan 183 ölkə arasında 142-cü, 2010-cu ildə isə 178 ölkə arasında 134-cü sırada yer alıb.

Korrupsiya sıralamada “çox təmiz” qiymətləndirilən ölkələr üçün belə dilemmadır. Məsələn, sıralamada Birləşmiş Ştatlar 19-cu ən az korrupsiyalaşmış dövlətdir. Lakin bu ölkə kifayət qədər korrupsiya halları ilə üzləşir. Çin və Meksika kimi əsas ticarət tərəfdaşları sıralamada daha pis göstəricilərə malikdir. Bu isə o deməkdir ki, ABŞ şirkətləri rəqabət aparmaq üçün tez-tez kölgə iqtisadiyyatında iştirak etməyə məcbur olunur.

Dünyanın bir çox yerində korrupsiyanın təsirinə daha çox kiçik bizneslər məruz qalır.

Nigeriyanın Abuja şəhərindəki bu kiçik paltar mağazasındakı vəziyyət Ukudi Navanın halını pisləşdirir.

“Mən çox pul xərcləməyə məcbur oluram. Çox vaxt müştərilər bunu başa düşmür. Bilirsinizmi, siz qiyməti baha qoyanda onlar təəccüblə niyə bu qədər baha olduğunu soruşurlar.”- deyə Ukudi Nava gileylənir.

Çoxları tərəfindən yaşanan bu məyusluğun tezliklə bitəcəyinə ümid yoxdur.
XS
SM
MD
LG