Accessibility links

Çin-Quanqzouda korrupsiyaya qarşı mübarizə [Video]


Quanqzoun inkişaf edən vilayət, birbaşa dəniz ticarət yolu, diqqət çəkən operası və 600 metr uzunluğundakı göydələn diqqət çəkir.
Ancaq çinliləri bu inkişafdan çox vilayətin rəsmi korrupsiyaya qarşı mübarizə planı maraqlandırır.
Bir çoxları mülkiyyət məlumatlarının açıqlanmasını doğru addım kimi qiymətləndirir.

"Rəsmilərin sahib olduqları qüdrət qorxuludur. Onlar mülkiyyətlərini açıqlamalıdır."

"Mən bunun düzgün siyasət olduğunu düşünürəm. Heç olmasa cəmiyyət şəffaf lıq əldə etmiş olacaq."

"Mən düşünürəm ki, Çin bu kimi siyasətə hazırdır və özünü bu kimi səylərə həsr etməlidir."

"Bu siyasət rəsmi korrupsiya probleminə kömək edəcək. Ancaq əmlak açıqlanması tək başına məsələni köklü həll etməyəcək."

Quangdonqun üç bölgəsində bu yeni siyasətin tətbiqi planlaşdırılır- Nanşa Quanqzonun yeni xüsusi iqtisadi zonadır.
Idarəetmə üzrə professor Ni Xinq deyir ki, Nanşanın əmlak açıqlama proqramı yüksək rütbəli vilayət məmurlarını hədəf alır.

"Əmlaklara maaş, əmanət və investisiya ilə birlikdə mədəni halı, səyahət etdiyin yer, həyat yoldaşın və uşaqlarının məşğuliyyəti və onların sahıb olduğu birja və ticarətlər göstərən xüsusi məlumatlar da daxildir."

800 kilometrə yaxın ərazi əhatə edən Nanşa keçən il xüsusi iqtisadi zona statusu qazanıb. Vilayətin meqa şəhər olmasıyla bərabər, Quanqzonun iqtisadi rəqabətini artıracağına ümid edilir.
Ni Xinq deyir ki, yeni siyasətin məqsədi sadəcə korrupsiya və rüşvətin qarşısını almaq deyil.

"Mən inanıram ki, bi siyasətə hakimiyyətin dəyişdiyi bir vaxt əl atılması iqtisadi rəqabət olduğu yerdə açıq hökumətin mövcudluğuna ehtiyac olduğunun nümayiş etdirilməsidir."

Dövlət rəsmilərinin bu test proqramı cənubda tətbiq edəcək. Hərçənd ki, bir çoxları bunun daha da irəlilədilməsini vacibliyi düşünür.
Sun Hanhui 200 dövlət rəsmisinin əmlaklarının açıqlamasını istəyən hərakatın üzvüdür.

"Əmlak açıqlanması korrupsiya probleminin həllinə yönələn bir ölçüdür. Bu, beynalxaq bir modeldir və 200 il əvvəl İsveçdə başlayıb. Bu modeldən İngiltərə və Birləşmiş Ştatlarda da istifadə edilir. Ancaq modelin məna kəsb etməsi üçün mübarizə başdan başlanmalıdır."

Çin liderlerınin bu proqramı nə qədər davam etdirəcəyi dəqiq bilinmir. Bəzi dövlət rəsmilərinin proqramı dəstəkləməsi ilə yanaşı, digərləri şəxsi həyata müdaxilə kimi buna qarşı çıxır.
XS
SM
MD
LG