Accessibility links

Kamran Əliyev: Korrupsiyaya ilə məşğul olan başqa məmurlar da cinayət məsuliyyətinə cəlb olunacaq [Video]


Yanvarın 16-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərlə bağlı mətbuat konfransı keçirilib.

Tədbirdə rəsmi qurumların rəhbərləri və QHT təmsilçiləri iştirak edib.

Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, 2016-cı ildə vərtndaşların 9360 müraciətinə baxılıb, həmçinin 251 cinayət xarakterli material araşdırılıb.

“Araşdırılmış materialların 159-u (63,3%) üzrə cinayət işləri başlanıb, digər müraciətlər üzrə müvafiq prokuror təsir aktları tətbiq edilməklə inzibati və intizam tədbirləri görülüb”.

O deyib ki, ötən il Baş İdarənin “161 - Qaynar xətt” əlaqə mərkəzinə 5492 müraciət daxil olub, həmin müraciətlərin 23-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

2016-cı ildə keçirilmiş 6 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 6 şəxs cinayət başında yaxalanıb, habelə Baş İdarənin əməliyyat qurumları tərəfindən aparılan araşdırmalar üzrə fakta görə 32 cinayət işi başlanıb.

Kamran Əliyev

“2016-cı ildə keçirilmiş 6 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 6 şəxs cinayət başında yaxalanıb, habelə Baş İdarənin əməliyyat qurumları tərəfindən aparılan araşdırmalar üzrə fakta görə 32 cinayət işi başlanıb. Baş İdarənin əməliyyat qurumları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 24 şəxs tutulub”, Əliyev qeyd edib.

Ötən il Baş İdarədə 2241 vətəndaş qəbul edilib.

“2016-cı ildə korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə müvafiq qurumlara 88 təqdimat verilib, habelə digər prokuror təsir aktlarından istifadə edilməklə 12 inzibati icraat açılıb, 11 şəxsə qanun pozuntularından çəkindirmək məqsədilə rəsmi xəbərdarlıq edilib”.

Əliyev bildirib ki, ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 480 cinayət işinin ibtidai istintaqı aparılıb.

Onun sözlərinə görə, onlardan dövlət və özəl sektorda çalışan 313 vəzifəli şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyati məhkəmələrə göndərilib.

Hazırda icraatında 116 cinayət işi üzrə istintaq davam etdirilir.

Kamran Əliyev

K.Əliyev qeyd edib ki, hazırda Baş İdarənin İstintaq idarəsinin icraatında 116 cinayət işi üzrə istintaq davam etdirilir. Həmin cinayət işlərindən 110 şəxs barəsində 62 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, 61 şəxs barəsində 56 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 34 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aşma, 52 şəxs barəsində 10 iş rüşvət alma, 17 şəxs barəsində 14 iş rüşvət vermə, 3 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş səhlənkarlıq, 35 şəxs barəsində 31 iş isə digər faktlarla bağlı olub.

Məhkəmələrə göndərilən cinayət işləri üzrə vurulan 202 milyon 629 manat məbləğində ziyanın 33 milyon 249 manat və ya 16,6 %-nin ödənilməsi təmin edilib, qalan ziyanın ödənilməsi məqsədilə 78 milyon 283 manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov 2016-cı ildə korrupsiyaya qarşı mübarizə sahəsində hökumətin və parlamentin fəaliyyətindən danışıb.

Ötən il ölkə üçün geniş miqyaslı islahatlar ili olub. Gömrük və vergi sahələrində şəffaflığın daha da artırılması məqsədilə iqtisadiyyatımızı şaxələndirən isahatlar həyata keçirilib.

Kamal Cəfərov

“Ötən il ölkə üçün geniş miqyaslı islahatlar ili olub. Gömrük və vergi sahələrində şəffaflığın daha da artırılması məqsədilə iqtisadiyyatımızı şaxələndirən isahatlar həyata keçirilib. Eyni zamanda Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının 86%-i və Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planının 82%-i dövlət orqanları tərəfindən icra olunub”, Cəfərov qeyd edib.

Tədbirdə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru - “Konstitusiya Araşdırmalar Fondu”nun prezidenti Əliməmməd Nuriyev, “Transprency International” təşkilatının Azərbaycan üzrə milli bölməsi - “Şəffaflıq Azərbaycan”ın icraçı direktoru Rəna Səfərəliyeva QHT-lərin korrupsiyaya qarşı mübarizdə rolunun vacibliyindən danışıb.

“İctimai Şuraların yaradılması hələ də geniş vüsət almayıb. Bu şuralar şəffaflığın artırılmasına təkan verə bilər”, Nuriyev deyib.

Rəna Səfərəliyeva isə bir neçə tövsiyyənin yerinə yetirilməsini vacib sayır.

Vergi qanunvericiliyinə 202 yeni dəyişiklik və əlavələr edilib. Bu orta və kiçik biznes üçün çox böyük çətinlik yaradıb.

Rəna Səfərəliyeva

“Dövlət büdcəsinin xərclənməsində şəffalıq artırılmalı, Auditorlar Palatasının rolu və büdcəsi genişləndirilməlidir (cəmi 7 auditor var), ixtisaslaşmış korrupsiya qurumları ilə bağlı qanun layihələrinin müzakirəsində vətəndaş cəmiyyətinin iştirakı təmin edilməlidir. Vergi qanunvericiliyinə 202 yeni dəyişiklik və əlavələr edilib. Bu orta və kiçik biznes üçün çox böyük çətinlik yaradıb. Bu qədər əlavə və dəyişikliyin dərk edilməsi çətindir və bunun üçün maarifləndirmə işləri zəruridir. Bəzi dəyişikliklər isə vətəndaş cəmiyyətini narahat edir”, Səfərəliyeva qeyd edib.

Suallara cavabda Kamran Əliyev detyib ki, ötən il valyuta mübadiləsi qaydalarının pozulmasına görə 12 iş icraata verilib.

Elə diplomlar var ki, 30 il bundan qabaq alınıb (hətta MDB ölkələrindən alınıb), onların saxta olmasını müəyyən etmək çox çətindir.

Kamran Əliyev

Onun fikrincə, saxta diplomlarla bağlı məsələ aktualdır.

“Lakin bu məsələ ilə bağlı şikayətlərin tendensiyası azalmaq üzrədir. Saxta diplomlar şərti olaraq 2 qrupa bölünür. Birinci qrup diplomların açıq-aydın saxta olması gözlə görünür. İkinci qrup diplomlara isə baxmaqla onların saxta olmasını müəyyən etmək olmur. Vətəndaş işə düzələrkən diplomunu təqdim edir, nəticədə məlum olur ki, diplom saxtadır. Elə diplomlar var ki, 30 il bundan qabaq alınıb (hətta MDB ölkələrindən alınıb), onların saxta olmasını müəyyən etmək çox çətindir. Qeyd edim ki, saxta diplomlarla bağlı Təhsil Nazirliyinin bizə müraciəti əsasında iş aparılır”.

Baş idarə rəisi bildirib ki, Beynəlxalq bankın 5 filialı, o cümlədən Qazax və Şəki filialları barədə cinayət işinin istintaqı davam etdirilir.

“Ötən il ən çox şikayət bank sektoru ilə bağlı olub. Banklarla bağlı 52 cinayət işi istintaq olunub, məhkəməyə göndərilib. Sığorta şirkətlərinin rəhbərləri ilə bağlı 5 cinayət işinin istintaqı aparılıb".

Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dəymiş ziyanı təqsirləndirilmiş şəxs qismində ödəsəydi, indi məhkəmə qarşısında olardı.

Kamran Əliyev

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərin sualının cavabında deyib ki, keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dəymiş ziyanı təqsirləndirilmiş şəxs qismində ödəsəydi, indi məhkəmə qarşısında olardı.

Xatırladaq ki, Əli Abbasovun 6,8 milyon manatı dəymiş ziyan kimi ödəməsi barədə məhkəmədə vəkillər vəsatət verib.

Əliyevin sözlərinə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ilə bağlı bir iş məhkəməyə göndərilib, 11 nəfərlə bağlı iş isə ayrıca icraata götürülüb.

Nazirlər Kabinetinin 2005-ci ildən indiyədək ölkə prezidentinin gəlir bəyannamələrinin nümunələrinin hazırlamaması haqqında sərəncamının yerinə yetirməməsi barədə Amerikanın Səsinin sualının cavabında Kamran Əliyev deyib ki, bu məsələ gündəmdədir.

“Bu sahədə təcrübəsi olan beynəlxalq qurumlarla məsləhətləşmələr aparırıq, Bir sıra ölkələrin təcrübəsini öyrənirirk. Bu olacaq”.

Əliyev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinə qarşı cinayət işi ilə bağlı sualın cavabında bildirib ki, başlanan cinayət işi, vəzifəli şəxlsərin korrupsiya əməllərinin ifşası sahəsində siyasi iradənin çox güclü bir göstəricisidir.

Bu cinatyət işinin araşdırılması korrupsiya ilə məşğul olma ehtimalı olan başqa məmurlar üçün bir nümunədir. Onlar da belə cinayət işi ilə üzləşə bilərlər və üzləşəcəklər.

Kamran Əliyev

“Bu cinatyət işinin araşdırılması korrupsiya ilə məşğul olma ehtimalı olan başqa məmurlar üçün bir nümunədir. Onlar da belə cinayət işi ilə üzləşə bilərlər və üzləşəcəklər. Biz bu istiqamətdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik”.

Əliməmməd Nuriyev isə QHT-lərin müraciəti və mediada dərc edilən araşdırmalar əsasında qaldırılan cinatyət işləri ilə bağlı deyib ki, vətəndaş cəmiyyətinə yönələn korrupsiya şikayətləri Korryupsiyaya qarşı Mübtraqiəz üzrə Baş İdarəsinə göndərilir.

“Mənim rəhbərlik etdiyim təşkilatın müraciəti əsasında artıq iki cinayət işi başlabnıb”, o qeyd edib.

XS
SM
MD
LG