Accessibility links

Korrupsiyaya qarşı mübarizə ilə bağlı illik hesabat [Video]


Korrupsiyaya qarşı mübarizə ilə bağlı illik hesabat
please wait

No media source currently available

0:00 0:02:52 0:00

Korrupsiyaya qarşı mübarizə ilə bağlı illik hesabat

Yanvarın 16-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 2014-ci ildə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəbnin rəisi Kamran Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi, Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) təşkilatında Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüsal Hüseynov, QHT təmçisliçiləri iştirak edib.

Kamran Əliyev deyib ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il vətəndaşların 3194 müraciətinə baxıb, həmçinin 218 cinayət xarakterli material araşdırılıb.

“Həmin cinayət xarakterli materialların 82%-i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib”.

İdarə rəisi bildirib ki, 2014-cü il ərzində Baş İdarənin İstintaq şöbəsi tərəfindən 333 şəxs barəsində 206 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

“Həmin cinayət işlərindən 16 şəxs barəsində 9 iş rüşvət alma (passiv rüşvətxorluq), 5 şəxs barəsində 4 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 43 şəxs barəsində 22 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 6 şəxs barəsində 6 iş vəzifə səlahiyyətlərini aşma, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 6 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 5 şəxs barəsində 4 iş səhlənkarlıq, 134 şəxs barəsində 79 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 95 şəxs barəsində 59 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 14 iş saxta sənədlərdən istifadə etmə, 2 şəxs barəsində 2 iş isə digər faktlarla əlaqədar olub”, o qeyd edib.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 76 165 41 manat ziyandan istintaq müddətində 54 885 691 manat və ya 72%-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 2014-ci ilin yekunları ilə bağlı mətbuat konfransı
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 2014-ci ilin yekunları ilə bağlı mətbuat konfransı

Kamran Əliyev qeyd edib ki, baş idarə tərəfindən ötən il istintaqı tamamlanaraq məhkəməyə göndərilən cinayət işləri bir çox sahələri əhatə edib.

“Həmin cinayət işlərinin 19-u təhsil sahəsi, 18-i bank sektoru, 3-ü sosial sahə, 7-si yerli icra orqanları, 4-ü bələdiyyələr, 3-ü səhiyyə sahəsi, 2-si daxili işlər və 1-i prokurorluq orqanları ilə bağlı olub”.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov deyib ki, 2014-cü ildə dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb, mütərəqqi institusional tədbirlər həyata keçirilib.

"Hesabat dövründə korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər həyata keçirilib, ölkədə korrupsiyaya qarşı mübarizənin daha səmərəli formada təşkil edilməsinə zəmin yaranıb".

Yenilənmiş rusum.az saytı barədə danışan V.Hüseynov qeyd edib ki, vətəndaşlar bu sayta girməklə özlərinin işini yüngülləşdirir və faydalı məlumatlar əldə edə bilir.

“Vətəndaşlar sayt vasitəsilə müxtəlif dövlət qurumlarına elektron qaydada müraciət edə, lisenziyaların alınması qaydalarını öyrənə, onlayn qaydada ödənişlər edə, "ASAN xidmət" mərkəzlərində onlayn qaydada növbəyə dura, vergilər, sığorta, cərimələr üzrə kalkulyator hesablamaları apara, müxtəlif ölkələrə vizalar barədə məlumat edə bilər”, o qeyd edib.

QHT təmsilçiləri isə ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində işlərin davam etdirilməsinin vacibliyini önə çəkib. Xüsusilətenderlərdən sui-oistifadə hallarına, dövlər vəsaitinin məmurlar tərəfindən mənimsəmə hallarına, böyük biznes qurumlarında, məhkəmə orqanlarındakı korrupsiya hallarına qarşı mübarizənin gücləndirlməsinə diqqəti çəkib. Bununla yanaşı korrupsiya barədə müraciət edən insanların hüquqlarının qorunması ilə bağlı tədbirlər görülməlidir.

QHT rəhbərləri həmçinin diqqəti tikililətin təmirdən sonra yenidən təmir edilməsi, yollar tikildikdən və ya asfalt örtüyü salındıqdan sonra qazılaraq yenidən təmir edilməsi adı altında korrupsiya halları, KİV-də korrupsiya ilə bağlı materialların araşdırlmasına yönəldib.

Amerikanın Səsinin müxbiri Nazirlər Kabinetinin vəzifəli şəxslərin gəlir bəyannaməsinin nümünəsini artıq 9 ilə yaxındır ki, hazırlamamasının səbəbini soruşub.

“Prezident Əliyevin sərəncamında nümunənin hazırlanması ilə bağlı Nazirlər Kabinetinə göstəriş verirlib, amma artıq 9 ildir bu yerinə yetirilmir. Nazirlər Kabinetinin prezidentin sərəncamını yerinə yetirməməsi hüquqi məsuliyyət yaradırmı? ” sualına cavabda deyiblər ki, bu sahədə yenilik yoxdur.

“Təəssüf ki, gəlir bəyannaməsinin formasının qəbulu ilə bağlı heç bir yeni məlumat verə bilməyəcəm. Azərbaycanda gəlir bəyannaməsi ilə bağlı status-kvo dəyişməyib", Vüsal Hüseynov qeyd edib.

Kamran Əliyev isə QHT təmsilçilərinin suallarının cavabında bildirib ki, hazırda bir özəl şirkətdə 35 milyon manat mənimsəmə ilə bağlı araşdırma davam edir. İstintaq sirri təşkil etdiyindən şirkətin adını açıqlamayıb.

O eyni zamanda Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevinəməlləri ilə bağlı başlanmış cinayət işinin istintaqının davam etdirildiyini deyib.

K.Əliyev E.Abdullayevin hazırda axtarışda olduğunu bildirib.

“Vaxtı ilə onunla birgə çalışan və qanunsuzluqlara yol verən şəxslərməsuliyyətə cəlb edilib. Hazırda istintaq davam etdirilir”.

O “AMAY” şirkətlər qrupunun rəhbəri Abdulla Abdullayevin cinayət işindən də danışıb.

“Abdulla Abdullayevin mənimsədiyi 48 milyon manatın 43 milyonu qaytarılıb. Qalan məbləğlə bağlı isə onun əmlakına həbs qoyulub”, Əliyev deyib.

XS
SM
MD
LG