Accessibility links

Saxta sənədlərlə mənzil satıb pul mənimsəyənlər tutulub

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi “Afina” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin saxta müqavilələr tərtib edərək vətəndaşlara mənzil satmaq adı ilə külli miqdarda vəsaiti mənimsədiklərini müəyyən edib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, MMC-nin direktor müavini, tikinti işləri üzrə direktor Qüvvətəli Süleymanovun cəmiyyətin paytaxtın Yasamal rayonu ərazisində inşa etdiyi çoxmərtəbəli yaşayış binasındakı mənzillərin vətəndaşlara satmaq adı altında saxta müqavilələr tərtib etməklə onlardan ümumilikdə 429.0 min manat məbləğində əmlakı qabaqcadan əlbir olduğu Rauf Xəlilovun vasitəsi ilə ələ keçirməsi və digər qanunazidd hərəkətlər etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb.

Q.Süleymanov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) və 313-cü (vəzifə saxtakarlığı), Rauf Xəlilov isə 178.3.2 və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə istintaq davam etdirilir.
XS
SM
MD
LG