Accessibility links

Kosovo serbləri barrikadaların yarısını götürüb


Kosovo serbləri barrikadaların yarısını götürüb
Kosovo serbləri barrikadaların yarısını götürüb

Kosovoda serblər NATO-nun sülhməramlılarınının yolunu kəsən barrikadaların bir hisəsini yığışdırmağa başlayıblar. Serblər şalban, daş, təkər və avtomobillərdən ibarət barrikadaların bir hissəsini söküblər. Onlar sülhməramlıların hərəkətini bərpa etmək məqsədi ilə yolun bir tərəfini açıblar. Lakin Kosova serblərinin rəsmisi Slavisa Ristik etnik alban gömrük rəsmilərinin əraziyə gətirilməsinin qarşısını almaq üçün yola nəzarət etməyə davam edəcəklərini deyib. Serblər NATO-nun yolu azad etmələri üçün qoyduqları möhlətə məhəl qoymadıqdan sonra sülhməramlı qoşunların barrikadaları sökmək cəhdi kəskin müqavimətlə qarşılanmışdı.

XS
SM
MD
LG