Accessibility links

Kosovo Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb


Kosovonun Avropa İttifaqı ilə sabitlik və assosiasiya sazişini imzalaması Avropanın ən yoxsul ölkələrdən birinin iqtisadi inkişafına yardım edəcək tarixi mərhələ kimi qiymətləndirilir.

Strasburqda sazişin imzalanması Kosovonun əsas ticarət tərəfdaşı olan tədircən Avropa İttifaqına tümhüquqlu üzv ola bilməsinə yol açır.

Avropanın inteqrasiya naziri Beki Collaku deyib ki, saziş "yeni bir dövrün açılması deməkdir, belə ki, sənəd Kosovo Respublikası və Avropa İttifaqı arasında müqavilə əsasında münasibətlərin əsasını qoyur."

Avropa İttfaqı Kosovoun 2007-2020-ci illər arasında inkişafına 1,3 milyon avro dəyərində maliyyə vəsaiti ayıraraq, ölkəyə dəstək verən əsas qurumdur. Bunu

Kosovoda Avropa İttifaqının ofisinin nümayəndəsi Tomas Qnoççi bildirib.

Kosovo Serbiyadan müstəqilliyini 2008-ci ildə elan edib və dünyanın 100-dən çox ölkəsi tərəfindən tanınıb. Avropa İttfaqının beş üzvü Kosovonu tanımasa da, sazişi təsdiq edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG