Accessibility links

Kosovo bu günlər həyatının mühüm bir keçid dövrünü yaşayır


Kosovo bu günlər həyatının mühüm bir keçid dövrünü yaşayır

Kosovo bu günlər həyatının mühüm bir keçid dövrünü yaşayır

Kosovo bu günlər həyatının mühüm bir keçid dövrünü yaşayır. Bu, siyasətin yeni nəslinin dünyaya göz açması dövrüdür. Köhnə nəsil müstəqillik əldə edib. Lakin hazırkı hökumətin daxili inkişalar üçün konkret ideyaları yoxdur. Kosovo hazırda dinamik bir hökumətin təşkili, ya da köhnə siyasətin qalıqları ilə idarə ediləcək bir ölkə seçimi qarşısındadır. Dekabr ayının birində Kosovoda seçki kampaniyaları start götürüb. Noyabr ayının əvvəllərində parlamentin buraxılmasından sonra seçkilər dekabr ayının 12-nə təyin edilib. Buna səbəb ölkəyə müstəqillik gətirən hökumətin etimad rəyi toplaya bilməməsidir. Kosovonun Mərkəzi Seçki Komissiyasının bildirdiyinə görə, 29 siyasi qrup qeydiyyatdan keçib. Kosovoda 1.6 milyon səsvermə hüququna malik olan seçici var. Bu ölkədə siyasi çıxılmazlıq sentyabr ayında prezident Fatmir Sejdiunun məhkəmənin onun həm partiya lideri, həm də prezidentliyi bir arada yerinə yetirə bilməməsinə dair hökmündən sonra istefası ilə vüsət almışdı. Onun Kosovonun Demokratik Liqa partiyası müstəqillik əldə edildikdən sonra ölkənin hakim koalisyasına daxil idi. Yeni seçkilər bir çox kosovoluda gələcəyə ümidləri artırıb. Avropanın ən gənc və ən yoxsul ölkəsi olan Kosovo 45 faiz təşkil edən işsizlik problemi qarşısındadır. Kosovonun xarici investorlara böyük ehtiyacı var. Ekspertlərin fikrincə, yeni hökumət vəziyyəti dəyişə bilər.

Seçkilərdə siyasətə yenicə qoşulanlar da var. Yeni ruh partiyasından İlir Deda bunlardan biridir. Kosovoda korrupsiya ən böyük problemlərdəndir. İyul ayında polisin Nəqliyyat və Telekommunikasiya nazirliyinə reydindən sonra böyük qalmaqal baş qaldırmışdı. Kosovonun Mərkəzi Bankının direktoru korrupsiya ittihamı ilə həbs edilmişdi. Bu seçkilər Avropa İttifaqının sponsoluğu ilə Serbiya ilə keçiriləcək danışıqları da təxirə sala bilər. Serbiya keçmiş əyalətinin müstəqilliyini heç cürə qəbul etmir. Beynəlxalq Ədalət Məhkəməsinin Kosovonun müstəqilliyini qanuni elan etməsindən sonra hər iki ölkəyə qarşı təzyiqlər artıb. Serbiya Kosovonun nəzarətini 1999-cu ildə NATO-nun hava kampaniyasından sonra itirmişdi. Kosovo əhalisinin 90 faizini təşkil edən etnik albanlar 2008-ci ildə müstəqilliklərini elan etmişdi. Avropa İttifaqına üzv ölkələr və ABŞ daxil edilməklə,Kosovonun müstəqilliyi 71 ölkə tərəfindən tanınır.

XS
SM
MD
LG