Accessibility links

Kosovoda seçkilər zorakılıq və seçicilərin qorxudulması halları ilə müşayiət olub (Yenilənib)



Kosovoda yerli bələdiyyələr və şuralara seçkilər zorakılıqlar və ölkənin şimalında serblərin yaşadığı ərazidə seçicilərin qorxudulması halları müşayiət olub.

Bir qrup maskalı şəxs serblərin yaşadığı Mitrovitsa şəhərində səsvermə məntəqələrinin yerləşdiyi bir neçə məktəbə hücum edib. Naməlum şəxslər pəncərələrin şüşələrini sındırıb və səsvermə qutularını aşıraraq, məntəqədki seçki rəsmilərini səsverməni təxirə salınmağa məcbur edib.

ATƏT-in seçki müşahidə missiyasının üzvləri səsvermə məntəqələrindən çıxaraq, Mitrovitsanı tərk edib.

Cümə günü Mitrovitsada mer seçkilərində serb namizəd maskalı şəxslər tərəfindən hücum nəticəsində yaralanıb.

Bir qrup serb millətçi də seçiciləri səsverməni boykot etməyə çağırmaq üçün səsvermə məntəqələrinin qarşısında toplaşıb.

Rəsmi Belqrad Kosovonun şimalında yaşayan sebrləri seçkilərdə iştirak etməyə, lakin Serbiyada Kosovonun müstəqilliyinin əleyhinə çıxış edən sərt xətt tərəfdarları isə serbləri seçkiləri boykot etməyə çağırıb.

Beynəlxalq ictimaiyyətin yaxından izlədiyi seçkilər qonşu Serbiyanın Avropa İtifaqına üzvlüyü məsələsi, eləcə də Kosovonun özünün quruma üzvlüklə bağlı müraciəti üçün həlledici ola bilər.

Yerli bələdiyyələr və şuralara seçkilər Avropa İttifaqının vasitəçiliyi ilə Serbiya və onun ərazisi olmuş Kosovo arasında əldə edilmiş razılığa əsasən keçirilib.

Albanların nəzarətində olan Kosovo Serbiyadan ayrıldıqdan 10 il sonra 2008-ci ildə müstəqilliyini elan edib. Kosovonun ayrılmasının ardınca serb və alban silahlı qüvvələri arasında bir il sürən qanlı münaqişə baş vermişdi.
XS
SM
MD
LG