Accessibility links

Kosovoda partlayış nəticəsində 10-larla insan yaralanıb


Kosovoda partlayış nəticəsində 10-larla insan yaralanıb

Kosovoda partlayış nəticəsində 10-larla insan yaralanıb

Kosovo polisi etnik parçalanmaya məruz qalan Mitrovitsa şəhərində etnik serblər tərəfindən təşkil edilən etiraz aksiyasında baş verən partlayış nəticəsində 10-larla insanın yaralandığını deyib. Partlıyışın səbəbi aydın deyil

Kosovo polisi etnik parçalanmaya məruz qalan Mitrovitsa şəhərində etnik serblər tərəfindən təşkil edilən etiraz aksiyasında baş verən partlayış nəticəsində 10-larla insanın yaralandığını deyib. Partlıyışın səbəbi aydın deyil. Rəsmilərin bildirdiyinə görə, bugünkü nümayiş Kosovo hökumət idarəsinin Mitrovitsada açılmasının əleyhinə keçirilib. İki ildən artıqdır ki, Kosovonun müstəqliiyini elan etməsindən sonra şəhərdə serblərlə etnik albanlar arasında gərginliyə səhnə olub. Kosovonun müstəqilliyinin əsas tərəfdarı ABŞ 1400 əsgərdən çox sülhməramlı qüvvəsini orada saxlayır. ABŞ sülhməramlıları 10000-lik NATO-Avropa Birliyi qüvvələri tərkibindədir. Bu qüvvələrə Kosovonun demokratik təsisiatlarının inkiaşafı məqsədi ilə 2000 polis, prokuror və hakimlər də daxildir.

XS
SM
MD
LG