Accessibility links

Bu gün Kosovoda keçirilən ümumi seçkiləri baş nazir Haşim Taci və ölkənin Avropa Birliyinə üzv olması səyləri üçün böyük sınaq hesab edilir.

120 deputat 3 il müddətinə Kosova parlamentinə seçiləcək. 20 yer milli azlıqlar üçün ayrılıb. Qalan 100 yerə seçki proporsional qaydada keçirilir. Seçkidən sonra yeni parlament Kosovanın yeni prezidenti və baş nazirini seçəcək.

46 yaşlı keçmiş partizan qrupun lideri daha sonra siyasətçi olaraq 7 il Kosovonu idarə edib. Xatırladaq ki, Kosovo Serbiyadan ayrılaraq 2008-ci ildə müstəqilliyini elan edib.

Yerli media əhalinin çoxunun Kosovoda iqtisadi inkişafın olmamasından narazı olduğunu bildirir.

Ölkədə işsizliyin rəsmi səviyyəsi 35 faiz təşkil edir. Transparency International-ın 2013-cü il üçün hesabatına görə, Kosovo korrupsiya səviyyəsinə görə dünya ölkələri arasında 111-cidir.
XS
SM
MD
LG