Accessibility links

"Kosta Konkordiya" ilə bağlı ilk hökmlər


İtaliya məhkəməsi keçən il ölkənin Toskana bölgəsinin sahillərində “Kosta Konkordiya” gəmisinin qəzaya uğraması ilə əlaqədar beş nəfərin özünü günahkar tanıması ilə razılaşıb. Gəminin 18 ay bundan əvvəl qəzaya uğraması nəticəsində 32 nəfər həyatını itirmişdi.

Beş ekipaj üzvü və gəmini idarə edən kruiz şirkəti olan “Kosta Krosiyere”nin bir işçisi şənbə günü məhkəmənin qərarı ilə 18 ayla 34 ay arasında müxtəlif həbs cəzaları alıb. Lakin onların hamısının həbsxanaya göndərilib-göndərilməyəcəyi aydın deyil.

Gəminin batmasından sonra qorxaqlıq və səriştəsizlikdə ittiham edilmiş kapitan qəsdsiz qətl törətməklə bağlı məhkəmə qarşısına çıxarılıb. Lakin onun məhkəmə prosesində sentyabr ayına qədər fasilə verilib. Gəminin kapiatnı 20 il həbs cəzası ilə qarşılaşa bilər.

Kruiz şirkətinin böhranlı vəziyyətlərdə koordinatoruna şənbə günü məhkəmədə ən uzun həbs cəzası verilib. “Kosta Konkordiya”nın kayutalarda xidmət şöbəsinin direktoru 30 ay müddətinə həbs cəzası alıb. Taskan bölgəsində verilən xəbərlərə görə, onlar məhkəmə qərarını apellyasiya edib, həbs cəzasının ictimai işlə əvəz edilməsi barədə müraciət edə bilər.

Gəminin daha iki işçisi və onu idarə edən şəxs hərəsi iki ildən az həbs cəzası alıb, lakin onların həbsxanaya göndərilməsi gözlənilmir, çünki İtaliyada adətən bu müddət həbs cəzaları şərti cəza ilə əvəz edilir.
XS
SM
MD
LG