Accessibility links

Rusiya baş naziri Dmitri Medvedev Krıma səfər edib. O, Krımın ilhaqından sonra yarımadaya səfər edən ilk yüksək səviyyəli Rusiya rəsmisidir.

Cənab Medvedev Krımın inkişafına dair görüşdə iştirak etmək üçün yarımadaya səfər edən Rusiya rəsmilərindən ibarət nümayəndə heyətinə başçılıq edir.

Baş nazir aşağı Krımda xüsusi iqtisadi zona yaradılacağını deyərək, biznesin inkişafı üçün aşağı vergilərin və sadə qaydaların tətbiq ediləcəyini bildirib. Cənab Medvedev həmçinin Krımda maaşlar və təqaüdlərin artırılacağına söz verib.

Dmitri Medvedev Krımda görüşü ABŞ dövlət katibi Con Kerrinin Rusiyanın Ukraynanın şərq və cənub sərhədində toplaşmış minlərlə əsgərini geri çəkməsini tələb etməsindən bir gün sonrakeçirib.

Con Kerri bazar günü Parisdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə qoşunların Ukraynada qorxu mühiti yaratdığını və bunun diplomatiyaya müsbət təsir göstərmədiyini deyib.

Sergey Lavrov Rusiya hərbi qüvvələri ilə bağlı şərh verməyib. Lakin o, ötən həftə ABŞ-ı Rusiyanın Ukrayna sərhədini keçmək planı olmadığına inandırmağa çalışıb.

Con Kerri rusiyalı həmkarı ilə ukraynalıların öz müqəddəratını təyin etmək hüququ olduğu məsələsində razılıq əldə edildiyni bildirib.
XS
SM
MD
LG