Accessibility links

Krımın baş nazirinin sözlərinə görə, bu gün keçirilən referendumda iştirak edənlərin 93 faizi regionun Ukraynadan ayrılaraq Rusiyanın tərkibinə keçməsinin lehinə səs verib.

Səsvermə başa çatandan bir saat sonra Ağ Ev referendumun nəticələrini tanımadığını bildirən bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, beynəlxalq ictimaiyyət Rusiyanın beynəlxalq qanunları pozaraq hərbi müdaxiləsi nəticəsində yaranmış zorakılıq təhdidləri mühitində keçirilən səsvermənin nəticələrini tanımayacaq.

Bəyanatda habelə Ukrayna milli hökuməti iştirak etmədən Ukraynanın gələcəyinə dair hər hansı qərarın qəbul edilməli olmadığı bildirilir. "Mayın 25-də keçirilməsi planlaşdırılan prezident seçkiləri ukraynalılara ölkənin gələcəyi ilə bağlı iradələrini ifadə etmək üçün legitim imkan verəcək" - deyə bəyanatda bildirilir.

İlkin nəticələrə görə Krımda keçirilən səsvermədə 64 faiz seçici iştirak edib.

ABŞ-la yanaşı, Avropa Birliyi və Avropa Şurası bu gün referendumu qeyri-qanuni və qeyri-legitim adlandıran bəyanatlarla çıxış edib.
XS
SM
MD
LG