Accessibility links

Kəraçi şəhərində daha beş nəfər qətlə yetirilib


Kəraçi şəhərində daha beş nəfər qətlə yetirilib
Kəraçi şəhərində daha beş nəfər qətlə yetirilib

Şənbə günü Karaçidə başlayan zorakılıq zamanı təxminən 50 nəfər yaralanıb

Pakistan rəsmiləri bildiriblər ki, Kəraçi şəhərində daha beş nəfər qətlə yetirilib. Beləliklə dörd gün sürən siyasi zorakılıqlar nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb. Hadisənin sonuncu qurbanları bu gün hücumçular tərəfindən güllə ilə vurulub. Şənbə günü Karaçidə başlayan zorakılıq zamanı təxminən 50 nəfər yaralanıb. Hadisə bu ilin əvvəli qətlə yetirilmiş qanunvericini əvəz etmək üçün bazar günü seçkilərin keçirildiyi günə təsadüf edir. Müttəhidə Quami hərəkatının üzvü olan vilayət qanunvericisi Raza Heydər avqus ayında Kəraçidə güllələnmişdi. Onun qətli 85 nəfərin ölümü ilə nəticələnmiş dörd gün sürən zorakılıqlara səbəb olmuşdu.

XS
SM
MD
LG