Accessibility links

Kral Abdulla dəfn olunur


Neftlə zəngin, sünni krallıqda yeni kral və şahzadə təyin edildikdən sonra Səudiyyə Ərəbistanında dəfn mərasiminə hazırlıqlar gedir.

Uzun zaman terrorizmə və İslam ekstremizminə qarşı ABŞ-ın müttəfiqi olmuş Kral Abdulla bu gün vəfat edib. 90 yaşı olan Kral Abdulla uzunmüddətli xəstəlikdən əziyyət çəkirdi.

Taxta onun ögey qardaşı Salman yiyələnəcək, digər ögey qardaşı Muqrin isə yeni şahzadə olacaq.

Yeni kral dövlət televiziyası vasitəsilə çıxışı zamanı sələfinin siyasətini davam etdirəcəyini deyib. 79 yaşlı Kral Salman 2012-ci ildən bəri şahzadə və müdafiə naziri olmuşdu.

Kral Salman qohumu Məhəmməd Bin Nayefi şahzadə köməkçisi, oğlu Məhəmməd Bin Salmanı isə Səudiyə Ərəbistanın müdafiə naziri və kral məhkəməsinin rəhbəri təyin edib. Yeni kral yerdə qalan nazirləri vəzifədən azad etməyəcək.

ABŞ prezidenti Barak Obama özünün və Amerika xalqının adından Səudiyə Ərəbistanı xalqına və kral ailəsinə baş sağlığı verib.

XS
SM
MD
LG