Accessibility links

Dünya liderləri kral Bumibolun vəfatı ilə bağlı Tailand xalqına başsağlığı verib


Dünya liderləri kral Bumibolun vəfatı ilə bağlı Tailand xalqına başsağlığı verib.

BMT-nin baş katibi Ban Gi Mun kral ailəsi, hökumət və xalqa dərin hüznlə başsağlığı ifadə edib. O, Tailandın insan haqlarına hörmət və universal dəyərlərə ehtiram göstərən kralın irsini yaşadacağına inandığını deyib.

Kral Amerikanın ən yaxın dostu və ABŞ prezidentlərinin dəyərli tərəfdaşı olub

ABŞ prezidenti Barak Obama kralın Amerikanın ən yaxın dostu və ABŞ prezidentlərinin dəyərli tərəfdaşı olduğunu vurğulayıb. Prezident 2012-ci ildə Bankonqda kralla görüşünü yada salıb.

Barak Obama deyib ki, kraldan Tailand xalqına qayğı miras qalıb. ABŞ dövlət başçısı amerikalıların Tailand xalqının kədərini bölüşdüyünü ifadə edib.

ABŞ dövlət katibi Con Kerri də başsağlıqlarına qoşularaq, kralın daim xatirələrdə yaşayacağını bildirib.

Yaponiyanın baş naziri Şinzo kral Bumibolun istedadlı və nəvazişkar bir şəxsiyyət kimi yadda qalacağını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG