Accessibility links

Dünyanın ən uzunmüddətli kralı dünyasını dəyişib.

Tailand kralı Bhumibol Adulyadey bu gün 88 yaşında vəfat edib. O, uzun müddət idi ki, sağlamlıq problemləri yaşayırdı. Karl həyatının son ilini Banqkok xəstəxanasında keçirib.

Monarxiyanın bəyanatında onun səhhətinin bazar günü ağırlaşdığı bildirilib. Kral böyrəkləri və ağ ciyərlərindən əzyyət çəkir, dializ və ciyərlərində borularla yaşayırdı.

​Bu həftə yüzlərlə insan çəhrayı geyimdə xəstəxana qarşısında dua mərasimi keçirib.

Rama IX adı ilə tanınan kral 1946-ci ildə 18 yaşında ikən 20 yaşlı qardaşının müəmmalı güllə yarasından vəfatından sonra taxta oturub.

Tailandın baş naziri Prayut Chan-ocha kralın varisinin onun oğlu olacağını deyib.

Hökumət rəsmiləri cümə günündən etibarən bir il müddətində matəm saxlayacaq.

Kralın hökmranlığının 70 illiyi iyunun 9-da qeyd edilib.

ABŞ-ın Massaçussets ştatının Kembridc şəhərində dünyaya gələn Bumibol Adulyadej adı bir vaxtlar Siyam Krallığı olan ölkənin monarxı Çulalongkorn və ya Rama V-nin nəvəsi idi.

2014-cü ildə ölkədəki dövlət çevrilişindən bəri Tailanda hərbi rejim rəhbərlik edir.

XS
SM
MD
LG