Accessibility links

Kraliça Yelizaveta səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib



Britaniya kraliçasaı İkinci Yelizaveta mədəsində problemlə əlaqədar bazar günü xəstəxənaya yerləşdirilib. Bu haqda məlumatı Bukinqem sarayının sözçüsü verib. Onun bildirdiyinə görə, Kral VII Edvard adına xəstəxanaya yerləşdirilən kraliça Yelizaveta sağlıq durumunun dəyərləndirilməsi məqsədilə bir neçə gün orada qalacaq.

Kraliçanın gələn bir neçə həftə üçün planlaşdırılmış bütün səfərləri və fəaliyyətləri təxirə salınıb. Buraya Britaniya monarxının İtaliya prezidenti Ciorcio Napolitanonun qonağı kimi martın 6-7-i üçün nəzərdə tutulmuş İtaliya səfəri daxildir.

86 yaşlı kraliça Yelizavetanın sağlıq durumu hər zaman yaxşı səviyyədə olub. O sonuncu dəfə xəstəxanaya 2003-cü ildə dizinə əməliyyat olan zaman aparılmışdı.

Keçən il Britaniya taxtında 60 illiyini qeyd edən kraliça Yelizavetanın iş cədvəli ictimaiyyət qarşısında çıxışları və özəl görüşlərə görə adətən olduqca məşğuldur.
XS
SM
MD
LG