Accessibility links

Rusiyada daşqınlar yüzə yaxın adamın həyatına son qoyub


Rusiyanın cənubi Krasnodar vilayətində leysan yağışları və torpaq sürüşmələri nəticəsində azı 78 adam həlak olub.

Polis sözçüsü Krımsk qəsəbəsində 99 adamın öldüyünü xəbər verib. Adətən iki ay ərzində yağan yağış bir neçə saat ərzində 2014-cü il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək regiona eyni həcmdə su axıdıb.

Televiziya kadrları su basmış küçələri və dama çıxmış insanları göstərib.

Rusiyanın ən iri Qara Dəniz limanı olan Novorossiysk neft daşınmalarını təxirə salıb. Bu şəhərdə azı 11 adamın həlak olduğu deyilir.

Polis sözçüsü İqor Jelyabin kütləvi qarətlərin qarşısını almaq üçün əraziyə əlavə polis qüvvələrinin gətirildiyini bildirib.
XS
SM
MD
LG