Accessibility links

Leonid Kravçuk: Ukraynanın sülhdən başqa yolu yoxdur


Sovet İttifaqının süqutundan sonra Ukraynanın ilk prezidenti seçilən Leonid Kravçuk Ukrayna liderlərini ölkənin şərqindəki münaqişənin dinc yolla həllinə çağırıb.

"Biz xalqlarımızın iradəsi və əldə edilən razılıqları diqqətə, müharibə istəməyən millətləridən ilham almaqla çarə əldə edə bilərik" - deyə Ukraynanın sabiq lideri Vaşinqtondakı Atlantik Şurasında bildirib.

Rusiyaya qarşı iqtisadi sanksiyalar qüvvədə saxlanmalıdır

​Kravçuk deyib ki, Ukraynaya qarşı təcavüzə son qoyulmayanadək Rusiyaya qarşı iqtisadi sanksiyalar qüvvədə saxlanmalıdır. O, dünyada nizamın sanksiyalar yolu ilə əldə edilməsinin vacibliyini önə çəkib. Kravçuk Ukraynanın sonunun yalnız sülhün müzakirəsi olduğunu bildirib.

"Qarşıda yalnız dialoq və razılıqlardır. Digər variantlar mövcud deyil. Ukraynanın sülhdən başqa yolu yoxdur"-deyə Kravçuk bildirib.

Daha əvvəl sabiq prezident ölkəsinin müdafiəsi üçün silah götürməyə hazır olduğunu deyirdi. Lakin o, eyni zamanda müharibənin başlandığı təqdirdə Rusiyanın Ukraynanı tez bir zamanda məğlub edəcəyini də etiraf edirdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG