Accessibility links

Yüz minlərlə şiə müsəlman İraqın Kərbəla şəhərinə toplaşaraq Aşuranı qeyd edir.

Bu gün Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin 7-ci əsrdə öldürülüməsinin ildönümü tamam olur.

İmam Hüseynin buradakı məqbərədə dəfn olunduğuna inanılır. O, 680-ci ildə, Məhəmməd peyğəmbərin vəfatının ardınca İslam ümmətinə nəzarət uğrunda Kərbəlada baş verən döyüşdə öldürülmüşdü.

Zəvvarlar ənənəvi Aşura ayinlərini icra edərək başlarını və sinələrini döyüblər.

Aşura mərasimlərinin sünni ekstremistlər tərəfindən hədəf alınmasından sonra təhlükəsizlik ölçüləri gücləndirilib.

XS
SM
MD
LG