Accessibility links

Azərbaycanda kreditlər ucuzlaşdırılıb


Azərbaycanda həm manat, həm də dollarla kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb.

Fins.az Mərkəzi Bankın aylıq hesabatına istinadən xəbər verir ki, manatla kreditlər üzrə orta faiz dərəcəsi aylıq 0,13 faiz bəndi azalaraq bu il yanvarın 1-nə 12,05% təşkil edib.

Xarici valyuta ilə verilən kreditlər üzrə isə 0,56 faiz bəndi azalaraq 8,60% olub.

Bu müddətdə fiziki şəxslərə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 16,07%-dən 15,71%-ə, xarici valyutada kreditlər isə 17,30%-dən 16,04%-ə enib.

Hüquqi şəxslərə manatla verilən kreditlər bahalaşıb, xarici valyutada isə ucuzlaşıb.

Dekabrda hüquqi şəxslərə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 8,36%-dən 8,55%-ə yüksəldiyi halda, xarici valyutada verilən kreditlərdə orta faiz 5,71%-dən 5,59%-ə enib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG