Accessibility links

Mənfi kreditin artması qlobal iqtisadiyyatın bərpasına mane olur


Fitch Ratings maliyyə xidməti agentliyi bildirib ki, avro məkanında böhranla bağlı narahatlıqlar və mənfi kreditin hallarının son zamanlar artması qlobal iqtisadiyyatın bərpasına mane olur.

Nyu-Yorkda qərərgahlanmış maliyyə reytinq agentliyi Fitch Ratings bu gün açıqladığı hesabatında bildirib ki, ötən altı ay ərzində beynəlxalq sığorta və maliyyə müəssisələri üzrə sektorlarda mənfi kredit az qala ikiqat artıb.

Agentlik bildirib ki, problemin kökündə Avropada dərinləşməkdə olan borc böhranı durur. Fitch Ratings agentliyinin Avropa və Şərqi Asiya-Sakit okean regional kredit bürosunda çalışan Trevor Pitman Amerikanın Səsinə iqtisadi böhranın davam edəcəyinə böyük ehtimal olduğunu deyib.
XS
SM
MD
LG