Accessibility links

Moskva sakinləri Qlobal Naviqasiya Sistemindən (GPS) istifadə edən mobil applikasiyaların şəhər mərkəzində işləmədiyindən gileylənirlər.

Rusiya internet provayderi Yandex-in proqramçısı Qriqori Bakunov deyir ki, onun araşdımrası GPS-i blok edən sistemin Kremldə yerləşdiyini müəyyən edib. Bura Rusiya prezidenti Vladimir Putinin iqamətgahıdır.

GPS istifadəçiləri sosial mediada şikayətlənirlər ki, hərə fə Kremlin yanından ötəndə naviqasiya sistemi onlara Vnukovo aeroportunda olduqlarını deyir.

Putinin sözçüsü Dmitri Peskov sistemin işləmədəyinə nəyin səbəb olduğunu bilmədiyini deyib və özü belə bir problemlə üzləşdiyini xəbər verib.

Kremlin qorunmasına məsul Rusiyada Federal Qarovul Xidmətinin sözçüsü məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

XS
SM
MD
LG