Accessibility links

Kreml yaxınlığında “Putin, get” sözləri yazılmış plakat asılıb


Kreml yaxınlığında “Putin, get” sözləri yazılmış plakat asılıb
Kreml yaxınlığında “Putin, get” sözləri yazılmış plakat asılıb

Rusiyanın baş naziri Vladimir Putin mart ayı prezident seçkilərində qələbə əldə edə bilməyəcəyinin mümkünlüyünü bildirib. Seçki müşahidəçiləri ilə görüşü zamanı baş nazir belə bir nəticəyə hazır olduğunu deyib. Lakin o, ikinci raundun təhlükəsi barədə xəbərdarlıq verərək, bunun ölkədə sabitsizliyə yol aca biləcəyini qeyd edib. Putin bildirib ki, ikinci raund xalqın iradəsi və istəyinin nəticəsi olacaq.
Üçüncü dövr prezidentlik uğrunda yarışan Putinin heç vaxt təkrar seçkilərə ehtiyacı olmayıb. Lakin hazırda onun namizədliyi ətrafında mübahisələr mövcuddur. Etirazçılar siyasi islahatlar, ədalətli seçkilər və korrupsiya ilə mübarizəyə səsləyir.
Bu arada, Kreml yaxınlığında “Putin, get” sözləri yazılmış plakat asılıb. ”Həmrəylik” demokrat hərəkatının üzvü İlya Yaşin “Amertikanın səsi”nə bildirib ki, bu plakatla biz ölkəmizin yürütdüyü hakimiyyət monopoloyası siyasətinə etirazımızı bildiririk.
Prezident seçkildiyi təqdirdə 59 yaşlı Vladimir Putin daha 6 il dövlətə başçılıq edəcək.

XS
SM
MD
LG