Accessibility links

Krevet istehsalında yeni üsul dünya miqyasında artıma səbəb ola bilər [Video]


Nəhəng çay krevetləri sürətlə çoxalmaqla yanaşı, həm də ən populyar dəniz məhsullarıdan biri hesab edilir. Lakin krevet istehsalı belə görünür hələ tələbat üçün hələ də kifayət deyil. İsrailli alimin inkişaf etdirdiyi üsul krevetlərin cinsiyyətini sadə yolla dəyişərək, onların 60 faiz artmasına imkan verir.

Dişi krevetin ömrü uzun olmur.

İsraildə yerləşən Ben Qurion Universitetinin tədqiqatçıları dişi kreveti erkək krevetə çevirmək üçün yeni genetik üsuldan istifadə edirlər.

Səbəb nədir? Erkək krevet dişi krevetdən daha tez böyüyür və ondan 60 faiz daha böyükdür.

Bu texnologiyanı inkişaf etdirən və tədqiqat komandasına rəhbərlik edən professor Əmir Saci bunu fermerlər üçün yaxşı xəbər adlandırır.

Əmir Saci: “Beləliklə əgər Hindistan, Viyetnam və ya Çində fermer bundan istifadə etsə, gəlirdə 60 faiz artım olacaq.”

Bu metodun digər bir üstünlüyü onun təhlükəsizliyidir.

Əmir Saci: “Biz heç bir kimyəvi maddədən və ya hormondan, eləcə də genetik modifikasiya olunmuş maddələrdən istifadə etmirik və orqanizmi genetik olaraq dəyişdirmirik.”

Yeni üsulla dişi krevetlərə inyeksiya vasitəsilə böyük həcmli molekul vurulur, beləliklə onların genləri "susdurulur" və onlar erkək krevetlərə çevrilir.

Bu transseksual krevetlər artıq erkək krevetlərlə mayalanır və bunun nəticəsində yeni yalnız erkek krevetlər yaranır.

Cinsiyyətin dəyişdirilməsi yalnız inyeksiya olmuş krevetlərdə mümkündür və bundan sonrakı nəslə onun təsiri yoxdur.

Professor Saci deyir ki, mütəxəssislər bir gündə 2000 krevetə inyeksiya edə bilər və hər bir krevet fərqli dövrlərdə minə yaxın yumurta qoya bilər.

Bu metod hazırda Asiya ölkələrində fermerlər tərəfindən geniş istifadə olunur. Professor Saciin fikrincə, dəniz məhsulları sənayəsində yeni üsuldan istifadə üçün kifayət qədər imkan var.

XS
SM
MD
LG