Accessibility links

"Krikova" şərabı Moldovanın rəmzinə çevrilib [Video]


Moldovanın dövlətə məxsus “Krikova” şərabçılıq zavodu müəyyən mənada ölkənin rəmzinə çevrilib. Sovet dövür istehsalı olan "Krikova" şərabı gələcəyini Avropada axtarır. Şəraba Krikova kəndinin adı verilib.

Sovetlərin planlı iqtisadiyyatı dövründə Moldovanın dövlətə məxsus “Krikova” şərabçılıq zavodu ən məhsuldar sənaye obyekti idi.

“Sovet İttifaqı dağıdıqdan sonra biz ilk növbədə Ukrayna, Qazaxıstan və Rusiya kimi əsas istehlakçılarımızı itirdik. Əlbəttə, yaxşı tərəf ondan ibarətdir ki, biz hazırda Avropa ilə işləməyə başlamışıq” deyə, zavodun baş direktoru Valentin Bodyul bildirir.

Şərabçılıq zavodu hazırda yeni bazarlar axtarışında, şərqdən tutmuş qərbə qədər dünya liderlərini burada qəbul edir. “Məsələn, Rusiya prezidenti Vladimir Putin özünün burada 50 illiyini qeyd edib, Con Kerri bu otaqda yığıncaq keçirib, Angela Merkel də onun kimi” deyə, zavodun bələdçisi bildirir.

Rusiya prezidenti Vladimir Putin özünün burada 50 illiyini qeyd edib, Con Kerri bu otaqda yığıncaq keçiribdeyə, zavodun bələdçisi Andrusa Lilia bildirir.

Rusiya prezidenti Vladimir Putin də daxil edilməklə, bu liderlərin burada kolleksiyaları saxlanır. Buna baxmayaraq, Avropaya üz tutduğuna və Avropa bazarına çıxdığına görə Rusiya Moldova şərablarına qadağa qoyub. Valentin Bodyul: “Siyasi ambisiyalar bizneslərin inkişafına maneələr qoymamalıdır. Biz gözləyirik və eyni zamanda vaxt itirmirik. Biz yeni bazarlara üz tuturuq.”

Bütün bunlarla yanaşı Avropada qeyri-müəyyən gələcək qarşısında bəzi moldovalılar keçmişin həsrəti ilə yaşayır.

XS
SM
MD
LG