Accessibility links

Vladimir Putin Krımın ilhaqına dair yekun sənədə imza atıb



Rusiyanın Krımın ilhaqına dair yekun sənədi imzalayan prezidenti Vladimir Putin bunu dəyərli bir an adlandırıb.

İmzalama mərasimi Rusiya parlamentinin yuxarı palatasında Krımın Rusiya ilə birləşməsinə dair sənəd yekdilliklə ratifikasiya edildikdən sonra Kremldə təşkil edilib.

Rusiya parlamentinin aşağı palatası-Duma Krımın Ukraynadan ayrılmasına dair sazişi yekdilliklə dünən ratifikasiya edib.

Prezident Putin və Krım liderləri arasında birləşmə sazişi çərşənbə axşamı günü imzalanıb.

Bu arada, BMT-nin baş katibi Ban Gi Mun Ukraynanın müvəqqəti prezidenti Oleksandr Turçinov və baş naziri Arseniy Yatsenyukla Kiyevdə görüş keçirib, böhranı müzakirə edir.

Dünən o, Moskvada Rusiya liderləri ilə görüşü zamanı gərginliyi artıra biləcək heç bir hərəkətə yol verilməməsinin vacibliyini vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG