Accessibility links

Krımın Rusiya ilə birləşməsinə dair referendum martın 16-da keçiriləcək


Ukraynanın Krım regionunun Rusiya ilə birləşmək qərarını səsə qoyması gərginliklərin artmasına səbəb olub.

Moskvaya arxalanan Krım parlamentinin qərarı Avropa İttifaqı liderlərinin Brüsseldə keçirdikləri təcili yığıncaq vaxtına təsadüf edir. Onlar Rusiyanın Krıma hərbi müdaxiləsinə son qoymaq üçün Rusiyaya qarşı təzyiq üsullarını nəzərdən keçirir.

Əhalisinin əksəriyyəti ruslardan ibarət olan Krım yarımadasının hökuməti Rusiya ilə birləşməyə dair referendumun mart ayının 16-da keçiriləcəyini bəyan edib.

ABŞ qanunvericiləri də bu gün Rusiyaya qarşı mümkün iqtisadi sanskiyaların tətbiqi məsələsini gündəmə çıxarıb.

Reuters xəbər agentliyi Ukraynanın iqtisadiyyat nazirinə istinadən bildirib ki, referendum konstitusiyaya ziddir.

Krımın bu qərarı Ukrayna böhranının diplomatik yolla həllini sarsıda bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG