Accessibility links

Krım tatarlarının ana dilində proqramlar yayımlayan ATR televiziyası Rusiya rəsmilərinin yayım lisenziyası verməməsinə görə işini dayandırıb.

Rusiyanın keçən il Krımı ilhaq etməsinin ardınca ATR digər media şirkətləri kimi martın Krım ərazisində yayımını davam etdirmək üçün martın 31-dək yenidən qeydiyyatdan keçməli idi. Tatar dilində qeydiyyatdan keçirilən yeganə media qurumu “Yeni Dünya” qəzeti olub.

ATR Krım yarımadasında 2 milyon əhalinin 300 minini təşkil edən tatarlar üçün proqramlar yayımlayan yeganə televiziya idi. 1944-cü ildə sovet diktatoru İosif Stalin Krım tatarlarını bütünlüklə yarımadadün sürgün etmişdi. Tatarlar Krıma Sovet İttifaqının dağılmasından sonra yenidən qayıtmağa başlamışdı.

Ukrayna prezidenti Petro Poroşenko ATR televiziyasının yayımını dayandırmasını Tvitter səhifəsində yazdığı mesajda qınayıb:”Onlar kanalı bağlaya bilərlər, amma Krım tatarları xalqının həqiqət və azadlıq istəyinin qarşısını ala bilməzlər.”

ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç deyib ki, Krım tatarlarının media qurumlarının qeydiyyatdan keçirilməməsinin subyektiv səbəbləri olduğunu deyərək əlvaə edib ki, bu, Krımda azad və müstəqil səslərin siyasi senzuraya məruz qaldığının göstəricisidir.

XS
SM
MD
LG