Accessibility links

Rusiya Ukraynanın Krım yarımdasını ilhaq etdikdən iki il sonra, regiondakı tatarlar arasında Moskvaya nifrət artır. Krım indi azlıqda olan tatarların doğma yurdudur. Onarın çoxu artıq yarımadanı tərk edir və buna səbəb olaraq Rusiya rəsmilərinin onları hökümət işlərindən çxıarıb, Ukrayna hakimiyyəti altında sahib olduqları müxtariyyəti əllərindən almalarını göstərir.

Hər bir millətin öz vətəni var, bizimki də Krımdır, axı necə ora üçün darıxmayaq?

Krımın yenidən Moskvaya nəzarət etdiyini görmək Azime Umerova və yoldaşına 1944-cü ili, Sovet lideri İosif Stalinin minlərlə tatarı yarımadadan qovduğu vaxtları xatırladır.

“Avtomat silahlı insanlar gəldi. Mən balaca idim və o günü xatırlayıram. Onlar bizə tez hazırlanmağımızı əmr etdi. Bizim ən vacib əşyalarımızı toplmaq üçün cəmi 15 dəqiqəmiz var idi. Hər kəs çox üzgün idi və “niyə, nə üçün” deyə qışqırırdı. Heç kəs heç nə bilmirdi. Hamı ağlayırdı, həm uşaqlar, həm də böyüklər. Avtomat silahlı əsgərlər isə bizi itələyib bağlı vaqonların içinə salırdı.”

Azime şəhərdə düzəltdiyi konfetlərə görə məşhurdur. Krımın bir daha Rusiyanın nəzarəti altına keçməsindən iki il sonra onun Rusiya lideri Valdimir Putinə qarşı kin hissindən qurtulması mümkün deyil.

Azime Umerova və Rüstəm Umerov

Azime Umerova və Rüstəm Umerov

“Quş olsaydım, Kremlə uçub oranı içində Putinlə birgə son kərpicinədək dağıdardım.”

“Hər bir millətin öz vətəni var, bizimki də Krımdır, axı necə ora üçün darıxmayaq?”

Ailənin yaşadığı küçədə yerləşən məsciddə insanlar Ukrayna liderlərinin bu məsələnin həllində heç bir səy göstərməməsindən dolayı qəzəblidir.

“Krım məsələsi sadəcə sözarası dilə gətirlirr. Elə görünür ki, elə bil orada heç bir problem yoxdur, hər şey yaxşıdır və biz də bu vəziyyətlə barışmışıq.”

Ukrayna sihalı qüvvələrinin başı şərqdə davam edən müharibəyə qarşıb, ona görə də Türkiyə və əksəriyyətinin müsləmanların təşkil etdiyi digər ölkələr

Biz hər şeyə hazırıq. Bura gəlmək asan iş deyil, bizim məqsədlərimiz də sadə deyil.

tərəfindən dəstəklənən fəallar məsələni özləri həll etməyə qarar verib və burada ilk Rusiya nəzarət-buraxış məntəqəsinə gedən yolda tam təchizatlı batalyon quraşdırıb.

“Biz hər şeyə hazırıq. Bura gəlmək asan iş deyil, bizim məqsədlərimiz də sadə deyil. Şəxsən mən buna görə canımı qurban verməyə hazıram.”

Bu qüvvə 100 fəaldan ibarətdir. Onların çoxu tatar olsa da, aralarında etnik ukraynalılar, çeçenlər, əfqanlar və digərləri var.”

Rusiya qoşunları Krımdan iki kilometr uzaqda yerləşdirilib. Ukrayna tərəfdə isə bir neçə sərhəd keşikçisindən başqa qoşun yoxdur.

Fəllar “Krım üçün biz savaşmasaq, bəs kim savaşacaq?” deyir.

Show comments

XS
SM
MD
LG