Accessibility links

Krım tatarlarının lideri BMT TŞ-də çıxış edəcək


Mustafa Cəmil Krımoğlu
Mustafa Cəmil Krımoğlu

Mustafa Cəmilov Amerika səfəri çərçivəsində rəsmi görüşlər də keçirəcək.

Martın 31-də Krım tatar xalqının lideri Mustafa Cəmilov (Mustafa Cəmil Krımoğlu) BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edəcək. Bu barədə unn.com.uk saytı Krım Tatarları Məclisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Krım tatar xalqının lideri Mustafa Cəmilov Amerikaya səfəri çərçivəsində Ukraynanın ABŞ-dakı səfiri Aleksandr Motsik, senator Con Makkeyn, Nümayəndələr Palatasının spikeri Con Bonner və diaspora nümayəndələri ilə görüşəcək, Karneqi Fondunda "Beynəlxalq Sülh Uğrunda" mövzusunda çıxış edəcək.

Xatırladaq ki, bundan öncə Mustafa Cəmilov Brüsseldə olub. O Avropa Parlamentində Krımda mövcud durumla bağlı çıxış edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG