Accessibility links

Müsavat başqanı Krım Tatarlarının Milli Məclisinin sədri ilə görüşüb


İsa Qəmbər və Refat Çubarov

İsa Qəmbər və Refat Çubarov

Krım Tatar xalqı ilə Azərbaycan demokratik qüvvələrinin əməkdaşlığı müzakirə edilib

İyulun 1-də Müsavat Partiyasının başqanı İsa Qəmbər ATƏT Parlament Assambleyasının toplantısında iştirak üçün Bakıya gələn Krım Tatar Milli Məclisinin (parlament) sədri Refat Çubarovla görüşüb.

Görüşdə Ukraynada və Azərbaycanda vəziyyət, Krım Tatarlarının problemləri müzakirə edilib.

“Krım Tatar xalqı ilə Azərbaycan demokratik qüvvələrinin əməkdaşlıq imkanlarını dəyərləndirdik. Şər qüvvələrə qarşı birgə mübarizəmiz davam edəcək!”, deyə İsa Qəmbər bildirib.

XS
SM
MD
LG