Accessibility links

Ukrayna 2014-cü ilin martında Rusiya tərəfindən ilhaq olunan Krımda keçən ay baş vermiş ardıcıl partlayışlar nəticəsində yüksək gərginlikli elektrik naqillərinin zədələnməsi ilə işıqsız qalan yarımadaya elektrik enerjisini qismən bərpa edib.

Elektirik enerjisi Rusiyanın Krımı ilhaqı əleyhinə keçirilən etiraz aksiyasında baş vermiş partlayış nəticəsində zədələnən 4 naqildən birində bərpa olunub. Partlayışlardan sonra Krım tatarları da daxil olmaqla, Ukrayna tərəfdarı fəallar mühəndislərin xəttləri təmir etməsinə icazə verməyib.

Ukrayna dövlət enerji şirkətinin açıqladığı bəyanatda bildirilir ki, təmir işləri etirazçı qrupla razılaşma əsasında həyata keçirilib. Bərpa edilmiş xəttlər Krımım ehtiyacı olan enerjinin 15 faizini təchiz edib.

İki milyon əhalisi olan Krım əsasən tam olaraq Ukraynanın elektrik və su təchizatından asılıdır.

Krımın Rusiya tərəfindən dəstəklənən liderləri və Moskva iddia edib ki, Ukraynanın Qərbin dəstəklədiyi rəhbərliyi elektrik enerjisinin kəsilməsinə görə məsuliyyət daşıyırlar. Kiyev dəfələrlə bu iddianı rədd edib.

XS
SM
MD
LG