Accessibility links

Qəbələdə iki nəfərin ölümü ilə nəticələnən silahlı insident olub


Tüfəng

Tüfəng

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Qəbələdə (Bakıdan 210 kilometr şimal-qərb) silahlı insident zamanı iki nəfər öldürülüb.

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə, dekabrın 13-də "Qəbələ" Ticarət Mərkəzinin qarşısında baş vermiş münaqişə zəminində rayon sakinləri - Eldar Kərimovun və Vasif Dadaşovun qəsdən öldürülməsi, Zöhrab Cavadovun isə xəsarət alması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları hadisə yerindən 5 ədəd giliz, 1 ədəd patron, "Vinçester" tipli ov tüfəngi, qan nümunələri maddi sübut kimi götürüb.

Rayonun Zarağan kənd sakini Ariz Rəsulzadə qeyd edilən ticarət mərkəzinin qarşısında mülki mübahisə ilə bağlı baş vermiş münaqişə zəminində avtomobilində gəzdirdiyi "Vinçester" tipli ov tüfəngindən atəş açaraq E.Kərimovu və V.Dadaşovu qəsdən öldürməsi, Z.Cavadova isə xəsarət yetirməsində əsaslı şübhələr olduğundan şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
XS
SM
MD
LG