Accessibility links

Daxili İşlər Nazirliyi qumarxana təşkil edən iki qrupu istintaqa təhvil verib


DİN

DİN

Faktlarla bağlı cinayət işi qaldırılıb

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtın Nəsimi rayonu ərazisində müxtəlif obyektlərdə qumarxana təşkil edən iki qrupun ümumilikdə 15 üzvünü saxlayaraq istintaqa təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə,"Çalı Quşu" kafesinə baxış keçirilərkən obyektin qumarxana kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

Məlum olub ki, Türkiyə Respublikasının vətəndaşı 64 yaşlı Alisa Ateş ətrafına Gündoğmuş Alişan, Sefer Bayraktar, Mehmet Durmaz, Göçer Tuncay və Mingəçevir şəhərində anadan olan 34 yaşlı Fariz Nuriyevi də cəlb edərək mütəmadi olaraq qumar oyunları təşkil edib.

Onlar müştərilərin qumar oyunlarında udduğu pulların bir hissəsinə şərik olublar.
Əməliyyatçılar ərazidəki "Parpali" kafesinə də baxış keçirərkən eyni durumu aşkarlayıblar.

Araşdırmalarda müəyyən edilib ki, Türkiyə Respublikasının vətəndaşı 36 yaşlı Kənan Yıldırım ətrafına xeyli adam yığaraq 1 ilə yaxındır ki, qumar oyunları təşkil edir.

Faktlarla bağlı BMCMİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlayıb, istintaq araşdırmaları davam etdirilir.
XS
SM
MD
LG