Accessibility links

Kris Martin Qvinet Paltroudan boşanmaq fikrindən daşınıb


Kris Martin deyəsən, Qvinet Paltroudan boşanmaq fikrindən daşınıb. Superulduz cütlük mart ayında 10 il evlilikdən sonra ayrılmışdılar.

Ayrılmaları barədə qərarı elan edərkən cütlük bu fikrə qarşılıqlı və şüurlu şəkildə gəldiklərini bildirib.

Kris ayrıldıqlarından bəri Aleksa Çanqla görüşürdü. Krisə yaxın mənbələrdən alınan məlumata görə Britaniya rok qrupunun ifaçısı Qvinetlə münasibətləri haqda artıq əvvəlki kimi narazılıq etmir və indi o, evliliklərini davam etdirmək fikrindədir.

Görünür onun Qvinetə qarşı olan hissləri hələ də güclüdür və sevgililər yenidən bir araya gələ bilər. Krisin nikbin görünməsinə baxmayaraq, Qvinetin hələ də stress keçirdiyi hiss olunur. Ola bilsin o, Kris üçün darıxır.

Onların heç biri hələlik boşanmağa ərizə verməyib. Kim bilir, bəlkə onların birgə gələcəklərinə ümidləri hələ sönməyib.
XS
SM
MD
LG