Accessibility links

Kristof Ştrasser gələn həftə Azərbaycandakı siyasi məhbusları müzakirə edəcək


Kristof Ştrasser gələn həftə Azərbaycandakı siyasi məhbusları müzakirə edəcək

Kristof Ştrasser gələn həftə Azərbaycandakı siyasi məhbusları müzakirə edəcək

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin yardımçısı Amerikanın Səsinin Azərbaycan xidmətinə məlumat verib ki, cənab Ştrasser gələn həftənin bazar ertəsi, yanvarın 24-də, Strasburq şəhərində Azərbaycanda siyasi məhbusların durumu ilə bağlı müzakirələrə qatılacaq. Frank Miyerkamp təsdiq edib ki, Azərbaycan hökuməti cənab Ştrasserin ölkəyə gəlməsinə əngəl törətməkdə davam edir. Onun sözlərinə görə əsas məsələ Kristof Ştrasserin viza ala bilməməsi deyil, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin ona rəsmi dəvətnamə təqdim etməməsidir. Bu dəvətnamənin verilməsi viza ala bilmək üçün ilkin şərtdir. “O, dəvətnamə almağa çalışdı ki, ölkəyə gələrək hesabatı yazsın. Bu dəvətnamə viza üçün müraciət etməyin şərtidir,” deyə cənab Miyerkamp bildirib.

XS
SM
MD
LG