Accessibility links

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard Avropada qaçqın böhranının Şengen zonasını risk qarşısında qoyduğuna inandığını bildirib.

Onun sözlərinə görə, Avropada qaçqınların sayının artması Şengen razılaşmasının "ya saxlamaq, ya da pozmaq" kimi bir həddə çatdırıb.

Davosda Dünya İqtisadi Forumunda qaçqın böhranının Şengen zonasını risk qarşısında qoyduğu haqda sualın cavabında Kristin Laqard belə düşündüyü deyib.

Şengen zonası pasport və mühacirət nəzarətini qarşılıqlı şəkildə aradan qaldırmaq haqda razılığa gəlmiş Avropanın 26 ölkəsini əhatə edir. Bunula Şengen zonasına daxil olan ölkələrin vətəndaşları heç bir məhdudiyyət olmadan beynəlxalq səfərlərə çıxa bilər.

Miqrantlar Berlində Səhiyyə və Sosial Xidmətlər ofisinin qarşısında növbədə dayanıb

Miqrantlar Berlində Səhiyyə və Sosial Xidmətlər ofisinin qarşısında növbədə dayanıb

Avropa İkinci Dünya müharibəsindən sonra ən ağır iqtisadi böhran dövrünü yaşayır. Təkcə Almaniyaya təxminən bir milyon qaçqın gəlib.

Daha yaxşı həyat axtarışında olan miqrantların çoxu Yaxın Şərq və Afrika ölkələrində münaqişələr və yoxsulluq səbəbi ilə öz ölkələrini tərk edir.

XS
SM
MD
LG