Accessibility links

Kərkükdə silsilə partlayışlar olub


Kərkükdə silsilə partlayışlar olub
Kərkükdə silsilə partlayışlar olub

İraq rəsmiləri şimali Kərkük şəhərində üç bomba partlayışı nəticəsində azı yeddi adamın öldüyünü, 70 nəfərin yaralandığını deyirlər.

Rəsmilər bu gün sübh çağı maşınların bir-birinin ardınca partladığını bildirib. Bombalardan biri kürd təhlükəsizlik qüvvələrinin binası qarşısında, ikincisi isə polis patrul məntəqəsi yaxınlığında baş verib. Üçünücü bombanın hədəfi aydın deyil. Ölənlər arasında azı iki polis işçisi var. Bombalar habelə ətrafdakı evləri, maşınları və mağazaları zədələyib.

Bu arada paytaxt Bağdadda baş verən iki bomba partlayışı azı altı adamın yaralanmasına səbəb olub.

XS
SM
MD
LG