Accessibility links

ABŞ prezidenti Barak Obama sabiq səfir Rayan Krokeri Amerikanın Səsinin də daxil olduğu Beynəlxalq Yayım Şurasına nominasiya edib.
Amerikanın tanınmış diplomatlarından biri olan Kroker 37 illik xarici xidmət karyerasına 2012-ci ildə son qoyub.

O, İraq, Əfqanıstan, Suriya, Pakistan, Livan Küveyt və digər ölkələrdə səfir vəzifələrində çalışıb.

2009-cu ildə İraqdakı diplomatik missiyasını başa vuran səfir prezident Corc Buş tərəfindən Azaddlıq Medalına layiq görülmüşdü.

2011-ci ildə o, prezident Obamanın xahişi ilə xidmətinə qayıtmış, Senatda yekdilliklə Əfqanıstana səfir təyin edilmişdi.

Ağ Ev 63 yaşlı Krokerin nominasiyasının Senata nə zaman göndəriləcəyi barədə məlumat verməyib.

Beynəlxalq Yayım Şurasına Amerikanın Səsi, Azadlıq, Əl-Hürrə, Radio Sava, Azad Asiya və Kubaya radio və televiziya verilişləri yayımlayan Marti daxildir.

Amerikanın Səsi dünyanın 100-dən artıq ölkəsini 45 dildə radio, televiziya verilişləri və internet xidməti ilə təmin edir.
XS
SM
MD
LG