Accessibility links

Kanzas ştatındakı qətlin nifrət zəminində baş verdiyi ehtimal olunur


Yerli və federal prokurorlar ABŞ-ın Kanzas ştatında bazar günü üç nəfərin ölümü ilə nəticələnən hadisə ilə əlaqədar həbs edilən şəxsə qarşı ittihamlar üzərində işləyir.

Rəsmilərin ittihamlar barədə daha çox məlumat verəcəyi gözlənilir. Yəhudi Sosial Təminat İdarəsinin qarşısında törədilən qətliamın nifrət zəminində baş verdiyi deyilir.

Hadisədə şübhəli bilinin 73 yaşlı Frazier Qlenn Qross ağ irqçi və Ku Kluks klanının üzvüdür.

ABŞ mülkü vətəndaş haqları təşkilatının, Cənub Yoxsulluq Hüquq Mərkəzinin baş elmi işçisi Mark Potok Krossun xüsusi ilə yəhudilərə qarşı nifrət hissinin olduğunu deyib.

Ağ Evdə səhər yeməyi zamanı hadisəyə münasibətini bildirən ABŞ prezidenti Barak Obama deyib ki, ABŞ cəmiyyətində dini zorakılığa yer yoxdur.

Cənab Obamanın sözlərinə görə, qətl hadisəsinin yəhudilərin Pasxa bayramına hazırlaşdığı vaxt baş verməsi olduqca kədərli haldır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG