Accessibility links

İlin sözü: “Ksenofobiya”


“Ksenofobiya” ilin sözü elan edilib. Bunu ingilis dilinin izahlı internet lüğəti olan dictionary.com müəyyən edib.

Saytın rəhbərliyinin məlumatına görə, 2016-cı ildə sayta girib, mənası ən çox axtarılan söz məhz “ksenofobiya” olub.

Saytın aparıcı əməkdaşı Ceyn Solomon deyir ki, bu sözə maraq xüsusilə iyunun 22-24-ü artıb. Həmin vaxt Britaniyanın Avropa Birliyindən çıxması üzrə referendum keçirilirdi. Həmin günlərdə “ksenofobiya” sözünün mənasını axtaranlar 938 faiz, yəni 9 dəfədən çox artıb.

Ksenofobiya, Dictinary.com-un izahına görə, xaricilərə, eləcə də başqa mədəniyyətdən olanlara nifrət və ya qorxu mənasını verir.

Ceyn Solomon deyir ki, 1800-ci illərin axırına kimi ingilis dilində belə söz yox idi. Onun kökləri iki yunan sözünə gedir: “ksenos”, yəni xarici və ya qərib və fobos, yəni qorxu və ya panika.

Solomonun sözlərinə görə, ksenofobiya sözünün mənasına bu il ikinci dəfə çox böyük maraq iyunun 29-da yarandı. Həmin gün ABŞ prezidenti Barak Obama deyib ki, Donald Trampın seçki kampaniyasının dili ksenofobiyadır və ya bundan da pisidir.

ABŞ-ın Kaliforniya ştatında qərarlaşan Dictionary.com 2010-cu ildən başlayaraq hər il ən çox maraq göstərilən, mənası axtarılan sözü müəyyən edir. Və bu söz ilin ümumi ab-havasını, insanların əhvalını, nə düşündüyünü çox vaxt dəqiq əks etdirir.

Keçən ilin sözü isə “mənlik” idi, təkcə milli mənlik kimi mənalarda yox. Xüsusilə cinsi mənlik mənasında. Yəni kişi kimdir, qadın kim?

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG