Accessibility links

Kubalıların internetdən istifadə imkanları genişlənir [Video]


Kubalıların internetdən istifadə imkanları genişlənir
please wait

No media source currently available

0:00 0:02:13 0:00

İllər boyu internetə çıxışın olmadığı Kubada xalqın sadəcə 5 faizinin internetə tam çıxışı olub.

Roberto Qonzales: “İnsanlara dünyaya bağlanıb əlaqə yaratmaq üçün imkan verilib. Düşünürəm ki, bu müsbət addımdır.”

Roberto Qonzales və onun xanımı Tanya Enriquez ümid edirlər ki, artıq bütün kubalılar internetə qoşula biləcək. Kuba rəsmiləri internetə qoşulmaq üçün əvvəlcədən ödənilmiş kartdan istifadə haqda qərar qəbul ediblər.

Dövlət rabitə şirkəti hər gün məhdud sayda kartlar satır. Təxminən iki dollara kubalilar 30 dəqiqəlik internet kartı ala bilər.

Miçel De Armas: “Bunun necə edildiyini heç kim bilmir. Bəzi adamlar üçün bu çətin, bəziləri üçün asandır. Bu, mürəkkəbdir.”

Bu onlayn video zəng Qaleano Parkda baş verir. Bura Kubada quraşdırılmış 35 WiFi mərkəzindən biridir. Kartlardan mobil telefonlar, kompüter və tabletlərdə istifadə oluna bilər. Əlbəttə ki, məhdudiyyətlər də var. Tanya Enriquez sadəcə IMU applikasiyasından istifadə edərək video zənglər edə bilər. Bu video zənglər üçün icazə verilmiş yeganə applikasiyadır.

Co Arriola: “Qapıları açıb rabitə qurmağın və hər iki ölkənin bundan necə yararlandığını görmək vaxtıdır. Düşünürəm ki, hər iki ölkə bundan faydalanacaq.

Kuba hökuməti bildirir ki, ABŞ-ın embarqosuna görə internetdən sadəcə peyk vasitəsi ilə istifadə olunur. Ancaq çoxları ümid edir ki, ABŞ ilə diplomatik əlaqələrin bərpası texnologiya şirkətlərinə daha çox infrastrukturun qurulmasına imkan yaradacaq. Əvvəlcədən ödənilmiş kartların satışı bu sahədə atılmış ilk addımdır. Tezliklə Kubada ötürücü qüllələr, fiber optik kabellərin qurulması və İphone satışlarının şahidi olacağıq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG