Accessibility links

ABŞ - Kuba əlaqələri bərpa olundu [Video]


Vaşinqtonda Kuba səfirliyinin açılış mərasimi keçirilib

Birləşmiş Ştatlar və Kuba 50 ildir davam edən düşmənçilik və inamsızlığa son qoyaraq diplomatik əlaqələri bərpa edib. Hər iki ölkədə bazar ertəsi günü səfirlikləri açılıb, lakin ABŞ-ın Havanada səfirliyinin rəsmi açılış mərasimi gələn ay baş tutacaq. Vaşinqtonda Kuba səfirliyinin açılış mərasimində iştirak edənlər bu hadisə ilə bağlı müxtəlif hisslər keçiriblər.

Biz bu proses ərzində vaxtaşırı problemlərlə üzləşəcəyimizi və bəzən hətta razı qalmayacağımızı bilirik. Amma biz səbirli olmalıyıq

Diplomatlar, xeyirxahlar və nümayişçilər alqış sədaları altında yeni açılmış səfirlikdə Kuba bayrağının qaldırılmasını izlədilər.

Bəzi insanlar bunu iki ölkə üçün xeyirli “tarixi bir an” adlandırıblar.

“Bunun ən böyük faydası daha geniş mədəniyyətlərarası mühitin yaranmasıdır və bunun nəticəsində çox yaxında insanlar bu iki ölkə arasında səfər edə biləcəklər.”

Bəziləri isə əlaqələrin normallaşdırma prosesini alqışlasalar da, Raul Kastro hökümətini tənqib ediblər.

“Azad toplaşmaq və təşkil olunmaq bizim hüququmuzdur. Dinc nümayişlər keçirmək azadlığı haqqımızdır. Bizim investisiya azadlığı hüququmuz da var.”

Normallaşma prossesinin əleyhdarları Obama administrasiyasının çox tez bir zamanda çox şeylə razılaşdığını düşünür.

“Prezident Kuba hökümətinə çoxlu güzəştlərə gedir. Amma məsələn, Kuba höküməti hələ də kilsəyə gedən dinc qadınları döyməyə davam edir.”

Dövlət katibi Con Kerri ilə görüşəndən sonra 54 ildə Dövlət Departamentinə səfər edən ilk kubalı Xarici İşlər naziri Bruno Rodriqez danışıqlar zamanı fikir ayrılıqlarının mövcud olduğu məsələlərdən yayınmadıqlarını deyib.

“Mən blokadanın aradan qaldırılmasının, qanuni olaraq işğal edilən Quantanamonun qaytarılmasının, Kubanın suverenliyinə tam hörmətin təmin olunmasının, eləcə də Kuba xalqına dəyən humanitar və iqtisadi zərərin qarşılanmasının əhəmiyyətini vurğuladım.”

Bunun ən böyük faydası daha geniş mədəniyyətlərarası mühitin yaranmasıdır

Kerri normallaşma prosesinin uzun və çətin olacağını bildirib.

“Biz bu proses ərzində vaxtaşırı problemlərlə üzləşəcəyimizi və bəzən hətta razı qalmayacağımızı bilirik. Amma biz səbirli olmalıyıq. Bu yolu almağımızın əsas səbəbi də elə budur.”

Havanada ABŞ səfirliyində bayraq qaldırma mərasimi keçirilməyib. Mərasim avqust ayında Dövlət katibi Kerrinin Havanaya səfəri zamanı baş tutacaq.

Amma Kuba bayrağı Dövlət Departamentində digər ölkələrin bayraqlarının sırasına əlavə olunub.

XS
SM
MD
LG